5 dekabr 2025. Cümə

Belçika və Niderland 1/8 finalda!


Belçika və Niderland 1/8 finalda!

Futbol üzrə Avropa çempionatı davam edir.

Corner.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Əvvəlcə C qrupu çərçivəsində Ukrayna və Şimali Makedoniya yığmaları üz-üzə gəlib. Üç qolluq qarşılaşma ukraynalıların çətin qələbəsiylə başa çatıb. Bu qrupun digər matçında Niderland və Avstriya milliləri qarşılaşıb. Niderlandlılar inamlı qələbə qazanaraq 1/8 finala çıxıblar.

B qrupunda isə Danimarka və Belçika milli komandalarının görüşü baş tutub. Belçika da əzmkarla qalib gələrək mərhələ adlayan komandalar sırasına qoşulub. Daha öncə İtaliya da 1/8 finala yüksəlmişdi.

AÇ-2020
17 iyun

B qrupu

Danimarka – Belçika 1:2
Qol: Y.Poulsen, 2 – T.Hazard, 55. K.D.Bruyne, 71.
Baş hakim: Byörn Kuypers (Niderland).
Kopenhagen. Parken stadionu.

C qrupu

Ukrayna – Şimali Makedoniya 2:1
Qol: A.Yarmolenko, 29. R.Yaremçuk, 34 – E.Alioski, 57-pen.
R.Malinovski 84-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Fernando Andres Rapallini (Argentina).
Buxarest. Milli Arena.

Niderland – Avstriya 2:0
Qol: M.Depay, 11-pen. D.Dumfris, 67.
Baş hakim: Orel Qrinfeld (İsrail).
Amsterdam. Yohan Kroyf Arena.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb