5 dekabr 2025. Cümə

Amerika Kuboku: Braziliya millisindən növbəti qələbə


Amerika Kuboku: Braziliya millisindən növbəti qələbə

Futbol üzrə Braziliya millisi Amerika Kubokunun B qrupunda növbəti oyununu keçirib.

Corner.az-ın məlumatına görə, Titeninbaş məşqçi olduğu komanda Peru ilə qarşılaşıb.

Qarşılaşma Braziliya seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sambaçılar"ın qollarını 12-ci dəqiqədə Aleks Sandro, 68-ci dəqiqədə Neymar, 89-cu dəqiqədə Everton Ribeyro, 90+3-cü dəqiqədə isə Rişarlison qeyd edib.

Qrupun digər matçında Kolumbiya Venesuela ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, Braziliya yığması hazırda 6 xalla B qrupuna başçılıq edir. Kolumbiya 4 xalla ikinci, Venesuela isə 1 xalla üçüncü sıradadır. Ekvador və Perunun isə xalı yoxdur.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb