5 dekabr 2025. Cümə

Eriksen'ə olan hörmətimə görə sevinə bilməzdim


Eriksen'ə olan hörmətimə görə sevinə bilməzdim

Belçika milli komandasının futbolçusu Kevin de Bruyne AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Danimarkanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki,  29 yaşlı futbolçu, 2:1 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Kristian Eriksenin yaşadıqlarına görə danimarkalıların qarşısında sevinmək düz olmazdı. Onlara olan hörmətimə görə sevinə bilməzdim. Mənə görə, bu, düzgün olmazdı.

Mən meydana girdikdən sonra daha yaxşı oynadığımızı düşünürəm. Qol vurdum, məhsuldar ötürmə verdim. Düşünürəm ki, məşqçimizin məndən istədiklərini yerinə yetirdim.

Danimarkalılar çox yaxşı oynadı və bizə çətinlik yaratdılar. Eriksen üçün etdikləri də möhtəşəm idi”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb