5 dekabr 2025. Cümə

Ağlamamaq üçün özümü çox güclə saxladım


Ağlamamaq üçün özümü çox güclə saxladım

Belçika milli komandasının futbolçusu Romelu Lukaku AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Danimarkanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 28 yaşlı hücumçu, 2:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“İlk hissədə duyğularımı gizləmək məcburiyyətində qaldım. Ağlamamaq üçün özümü güclə saxlayırdım. Futbol oynamaq çox çətin idi. Fasilədə özümə gəldim və bütün diqqətimi oyuna verdim.

Danimarka xalqı bu gün böyük xarakter göstərdi. Daha yaxşı nəticəyə layiqdirlər. Kristian Eriksenin həyatını qurtardıqları üçün onlara minnətdaram”.

AÇ-2020-nin B qrupu çərçivəsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun (0:1) gedişində Kristian Eriksenin ürəyi dayanmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb