5 dekabr 2025. Cümə

AÇ-2020: Türkiyə millisinin futbolçusu sıradan çıxdı


AÇ-2020: Türkiyə millisinin futbolçusu sıradan çıxdı

Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İsveçrə ilə oyundan öncə itki ilə üzləşib.

Corner.az xəbər verir ki, “ay-ulduzlular”ın müdafiəçisi Umut Meraş sıradan çıxıb.

Qardaş ölkə millisi bu gün 8-ci km stadionunda növbəti məşqinə çıxıb. Uelslə oyunda (0:2) sıradan çıxan Umut Meraş, bu məşqdə iştirak etməyib. O, Bakıda baş tutan həmin matçın 72-ci dəqiqəsində zədələnən və Mert Müldür ilə əvəzlənmişdi.

Türkiyə mətbuatının yazdığına görə, İsveçrə ilə oyunda müdafiənin sol cinahında ilk dəqiqələrdən məhz Mert Müldür mübarizə aparacaq.

İsveçrə – Türkiyə oyunu iyunun 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu matça saat 20:00-da start veriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb