- Avropa çempionatı
- 11:12 05.11.2024
Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir.
Corner.az xəbər verir ki, bu gün qrup mərhələsi çərçivəsində daha üç qarşılaşma baş tutub.
Əvvəlcə E qrupu çərçivəsində İsveç və Slovakiya yığmaları üz-üzə gəlib. Slovakiya yığması bu oyundan qalib ayrılsa, 1/8 finala vəsiqəni təmin edəcəkdi. Lakin matç isveçlilərib qələbəsi ilə bitib.
D qrupunda isə Çexiya Xorvatiyanı, İngiltərə də Şotlandiyanı sınağa çəkib. Çexlər və ingilislər bu oyunda da qələbə qazana bilsə, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdilər. Amma hər iki görüş qalib müəyyənləşməyib.
Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.
AÇ-2020
18 iyun
E qrupu
İsveç – Slovakiya 1:0
Qol: E.Forsberq, 77-pen.
Baş hakim: Daniel Zibert (Almaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.
İsveç – 4, Slovakiya – 3, İspaniya – 1, Polşa – 0.
D qrupu
Xorvatiya – Çexiya 1:1
Qol: İ.Perişiç, 47 – P.Şik, 37-pen.
Baş hakim: Karlos del Serro Qrande (İspaniya).
Qlazqo. “Hampden Park” stadionu.
İngiltərə – Şotlandiya 0:0
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya).
London. “Uembli” stadionu.
Çexiya – 4, İngiltərə – 4, Xorvatiya – 1, Şotlandiya – 1