5 may 2026. Çərşənbə axşamı

Azərbaycan xalqı bizi tək qoymadı


Azərbaycan xalqı bizi tək qoymadı

"Qarşıda daha bir oyunumuz var və bu matça tam hazır olmalıyıq. Qrupu 3-cü pillətə başa vurmaq üçün əlimizdən gələni etməliyik".

Corner.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Mert Müldür İsveçrəyə qarşı AVRO-2020-nin A qrupunun III tur matçı barədə danışarkən deyib.

22 yaşlı müdafiəçi görüşün çətin keçəcəyini bildirib: "Hamımız məyusuq, amma toparlanmaq lazımdır. Bu oyun bizim üçün önəmlidir. Ümid edirəm ki, qələbə qazanacağıq".

"Sassuolo" klubunda çıxış edən oyunçunun sözlərinə görə, qrupdakı 2 qarşılaşmanın Bakıda olması komandası üçün müsbət amildir: "Azərbaycan xalqı bizi tək qoymadı. Hər zaman yanımızda oldu. Fanatların tribunaya qayıtması bizi sevindirir. Həm türkiyəli, həm də azərbaycanlı tərəfdarlar daim bizə dəstək oldular. Onlara təşəkkür edirəm. İnanıram ki, nəticələrimiz yaxşı olmasa da, bizi dəstəkləyəcəklər. Komandaya inamlarını itirməsinlər".

Qeyd edək ki, 2 turdan sonra xalsız olan Türkiyə millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. "Ay-ulduzlular" qrupdakı son matçını iyunun 20-də Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacaq.(report)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb