7 may 2026. Cümə axşamı

Portuqaliya - Almaniya matçında rekord və antirekordlar


Portuqaliya - Almaniya matçında rekord və antirekordlar

Avropa çempionatının F qrupunda keçirilmiş Portuqaliya - Almaniya matçında rekord və antirekordlar qeydə alınıb.

Corner.az-ın məlumatına görə, bu, iki avtoqolun qeydə alındığı ilk oyun olaraq Avropa çempionatlarının tarixinə düşüb. İndiyədək final mərhələlərində bir oyunda iki avtoqol olmayıb. Portuqaliyanın heyətində 35-ci dəqiqədə Ruben Diaş, 4 dəqiqə sonra isə Rafael Gerreyru topu öz qapısına vurub.

Beləliklə, AVRO-2020-dəki avtoqol sayı 5-ə çatıb. Bu da antirekord hesab edilir. Son olaraq AVRO-2016-da futbolçular 3 dəfə topu öz qapılarına vurub.

Almaniya yığmasının 3-cü qoluna imza atan Kay Haverts isə tarixə düşüb. "Çelsi"də çıxış edən hücumçu millinin heyətində qitə çempionatında fərqlənən ən gənc oyunçu olub. O, 22 yaş 8 günündə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, qarşılaşma Almaniyanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb