7 may 2026. Cümə axşamı

AÇ-2020: Altı qollu matçın ən yaxşısı bilindi


AÇ-2020: Altı qollu matçın ən yaxşısı bilindi

AÇ-2020-nin F qrupu çərçivəsində keçirilən Portuqaliya – Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Corner.az xəbər verir ki, Almaniya yığmasının sol cinah müdafiəçisi Robin Qosens görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu bu matçda göstərdiyi performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Komandasının ilk qolu zamanı məhz Qosensin ötürməsindən sonra rəqib futbolçu avtoqola imza atıb. Kay Havertsin vurduğu qolun ötürməsini də Qosens verib. 60-cı dəqiqədə isə o, özü rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Portuqaliya – Almaniya matçı 2:4 hesabıyla başa çatıb.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb