7 may 2026. Cümə axşamı

Fransa və İspaniya'dan xal itkisi, Almaniya'dan qələbə


Fransa və İspaniya'dan xal itkisi, Almaniya'dan qələbə

Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir.

Corner.az xəbər verir ki, bu gün qrup mərhələsi çərçivəsində daha üç görüş baş tutub.

Əvvəlcə F qrupu çərçivəsində Macarıstan və Fransa yığmaları qarşılaşıb. Fransa bu oyunda qələbə qazansaydı, 1/8 finala vəsiqəni təmin edəcəkdi. Amma görüşdə qalib müəyyənləşməyib.

Qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gəlib. Portuqaliya da qalib gəlsə, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi. Amma bu matçds da almanlar qələbə qazanıb.

İkinci turun son matçı isə İspaniya və Polşa yığmaları arasında baş tutub. Bu görüş də qalib müəyyənləşməyib.

Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

Avropa çempionatı
19 iyun

F qrupu

Macarıstan – Fransa 1:1
Qol: A.Fiola, 45+2 – A.Qrizmann, 66.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Budapeşt. “Puşkaş Arena”.

Portuqaliya – Almaniya 2:4
Qol: K.Ronaldo, 15. D.Jota, 67 – R.Dias, 35-öz qapısına. R.Gerrero, 39-öz qapısına. K.Haverts, 51. R.Qosens, 60.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Münhen. “Alyans Arena”.

E qrupu

İspaniya – Polşa 1:1
Qol: A.Morata, 26 – R.Levandovski, 54.
Matçın 58-ci dəqiqəsində J.Moreno penaltidən yararlana bilməyib (dirək).
Baş hakim: Daniele Orsato (İtaliya).
Sevilya. Olimpiya stadionu.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb