5 dekabr 2025. Cümə

Türkiyə İsveçrəyə, Uels İtaliyaya uduzdu


Türkiyə İsveçrəyə, Uels İtaliyaya uduzdu

Futbol üzrə Avropa çempionatı davam edir.

Corner.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutub.

Qrup mərhələsinin sonuncu – 3-cü turunun ilk oyun günündə A qrupunun qarşılaşmaları keçirilib.

Sonuncu sırada qərarlaşan Türkiyə yığması İsveçrə ilə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilən matç türklərin növbəti məğlubiyyəti ilə yekunlaşıb.

Qrupun digər matçında lider İtaliya Uelslə qarşılaşıb.  1/8 finala vəsiqəni təmin edən İtaliya yığması Uelsə üzərində minimal hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra İtaliya və Uels yığmaları növbəti mərhələyə vəsiqəni təmin ediblər. İsveçrə yığması isə hələ digər qrupların nəticələrini gözləməli olacaq.

AÇ-2020
A qrupu
20 iyun

İtaliya – Uels 1:0
Qol: M.Pessina, 39.
Qırmızı vərəqə: E.Ampadu, 55.
Baş hakim: Ovidiu Haçeqan (Rumıniya).
Roma. “Olimpiko” stadionu.

İsveçrə – Türkiyə 3:1
Qol: H.Seferoviç, 6. C.Şakiri, 26; 68 – İ.C.Kahveci, 62.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Bakı. Olimpiya stadionu.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb