5 dekabr 2025. Cümə

Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik - Şenol Güneş


Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik - Şenol Güneş

"Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik. Gözəl nəticələrlə tarix yazmaq istəyirdik".

Corner.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

69 yaşlı mütəxəssis bildirib ki, AVRO-2020-də qrupdan çıxmağı hədəfləyiblər: "Bu gün topa sahib olan tərəf idik. Gənc komandamız var. Çempionat bizim üçün yaxşı alınmadı. Oyunçuların məyus olduqlarını görürəm. Mən futbolçulara inanıram, Türkiyə də inansın. Epizodları boşa verən tərəf biz idik, rəqib qalib gəldi".

Təcrübəli baş məşqçinin sözlərinə görə, futbolçular əllərindən gələni ediblər: "Amma bu, kifayət etmədi. Avropa çempionatı bizim üçün böyük sınaq idi. Bəzən uğursuzluq daha çox təcrübə qazandırır. Uels və İsveçrə matçlarına görə daha çox məyusuq, həmin qarşılaşmalarda qələbə qazana bilərdik".

Güneş nəticələrə baxmayaraq istefa barədə düşünmədiyini sözlərinə əlavə edib: "Hesabat vermək lazımdırsa, rəhbərliyə və ictimaiyyətə veriləcək".

Qeyd edək ki, Türkiyə yığması A qrupunu xalsız bitirib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb