5 dekabr 2025. Cümə

Hər kəsdən üzr istəyirik - Merih Demiral


Hər kəsdən üzr istəyirik - Merih Demiral

"Çox məyusuq. Belə olacağını gözləmirdik. Əlbəttə, bizdən gözləntilər böyük idi. Belə olan təqdirdə məyusluq da çox olur".

Corner.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Merih Demiral Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Müdafiəçi bildirib ki, danışılacaq çox şey yoxdur: "Turnirin ən gənc komandasıyıq. Bu, bizə ümid verir. İnanıram ki, bundan sonrakı turnirlərə qatılaraq necə yaxşı komanda olduğumuzu göstərəcəyik. Mən dostlarıma inanıram. AVRO-2020 bizim üçün böyük təcrübə oldu. Biz yaxşı və pis gündə birlikdəyik. Hər kəsdən üzr istəyirik".

Qeyd edək ki, Türkiyə yığması A qrupunu xalsız bitirib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb