5 dekabr 2025. Cümə

AÇ-2020: Boynumuzu bükməyəcəyik


AÇ-2020: Boynumuzu bükməyəcəyik

Türkiyə milli komandasının futbolçusu Hakan Çalhanoğlu AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda İsveçrəyə məğlub olduqları oyundan (1:3) sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi, turnirlə vidalaşmalarını belə şərh edib:

“Bu turnirə böyük hədəflərlə gəlmişdik. İstədiyimiz kimi olmadı. Çox məyusuq. Bizim də öz ailəmiz var. Bütün məsuliyyət mən, Burak Yılmaz və Ozan Tufandadır. Təcrübə qazanmış olduq. Qarşımızda dünya çempionatı var. Bizi dəstəkləyən bütün azarkeşlərimizi üzdük. Hər kəsdən üzr istəyirik. Yolumuza davam etməliyik. Səhvlərimizdən dərs çıxarmalıyıq.

Turnirdə iştirak edən bütün millilərə nəzər salsaq, ən gənc heyəti olan bizik. AÇ-2016-dan qalan mən və Burak idi. Təcrübəmiz az idi. İlk dəfə bu turnirdə çıxış edən futbolçularımız var idi. Bura qədər gələn də biz idik, vida edən də biz. Boynumuzu bükməyəcəyik. Başımızı dik tutmalıyıq. Biz Türkiyəyik. Xalqımızdan üzr istəyirik”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb