26 noyabr 2024. Çərşənbə axşamı

AÇ-2020: Kapitan millidəki karyerasını başa vurur


AÇ-2020: Kapitan millidəki karyerasını başa vurur

37 yaşlı hücumçu Qoran Pandev Şimali Makedoniya millisindəki karyerasını başa vurur.

Corner.az xəbər verir ki, yığmanın kapitanı bu gün Niderlandla matçda son dəfə millinin formasını geyinəcəyini deyib:

“Milli ilə son oyunum olacaq. Düşünürəm ki, yığmaya vida etmək üçün ən uyğun vaxtdır. Belə bir möhtəşəm turnirdə iştirak etdiyim üçün xoşbəxtəm. Təkcə mənim deyil, hər kəsin xəyalı gerçəkləşdi”.

Şimali Makedoniya yığması AÇ-2020-nin C qrupunda Ukrayna, Niderland və Avstriya ilə mübarizə aparır. Şimali Makedoniya 2 turdan sonra 0 xalla sonuncu sıradadır.

Şimali Makedoniya millisi AÇ-2020-nin qrup mərhələsinin sonuncu – 3-cü turunda bu gün Niderlandla qarşılaşacaq. Oyun saat 20:00-da start götürəcək.

Pandev AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Avstriyaya qarşı keçirdikləri oyunda (1:3) qol vuraraq, Avropa çempionatları tarixində fərqlənən ikinci ən yaşlı futbolçu olmuşdu.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb