AÇ-2020-də qrup mərhələsinin oyunları keçirilir.
Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutacaq.
Əvvəlcə C qrupunda mübarizəyə yekun vurulub. Niderland millisi Şimali Makedoniya ilə münasibətlərinə aydınlıq gətirib. Görüş Niderland millisinin qələbəsi ilə başa çatıb. Bu qələbə ilə Niderlandlılar qrupdan çıxmağı təmin ediblər.
Ukrayna yığması ilə Avstriya ilə qarşılaşıb. Bu görüşdə də Avstriya minimal hesabla qalib gələrək qrupdan çıxmağı təmin edib.
Daha sonra B qrupu çərçivəsində Rusiya – Danimarka və Finlandiya – Belçika görüşləri keçirilib. Belçika yığması son oyunda da qələbə qazanaraq 1/8 finala qrup lideri kimi yüksəlib. Digər oyunda Danimarka yığması rusları darmadağınla məğlub edib. Son üç pillənin sahibləri eyni xala malik olsa da, daha yaxşı top fərqinə malik danimarkalılar qrup ikincisi kimi növbəti mərhələyə adlayıb..
AÇ-2020
21 iyun
C qrupu
Şimali Makedoniya – Niderland 0:3
Qol: M.Depay, 24. C.Veynaldum, 51; 58.
Baş hakim: İstvan Kovaç (Rumıniya).
Amsterdam. Yohan Kroyf Arena.
Ukrayna – Avstriya 0:1
Qol: K.Baumqartner, 21.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Buxarest. Milli Arena.
B qrupu
Rusiya – Danimarka 1:4
Qol: A.Dzyuba, 70-pen – M.Damsqaard, 38. Y.Poulsen, 59. A.Kristensen, 79. Y.Mehle, 82.
Baş hakim: Klemen Turpen (Fransa).
Kopenhagen. “Parken” stadionu.
Finlandiya – Belçika 0:2
Qol: L.Hradeçki, 74-öz qapısına. R.Lukaku, 81.
Baş hakim: Feliks Brıx (Almaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.