- Avropa çempionatı
- 11:12 05.11.2024
AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Şimali Makedoniya – Niderland matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Corner.az xəbər verir ki, Niderland yığmasının yarımmüdafiəçisi Corcinyo Veynaldum bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub. Komandasının vurduğu qollardan ikisinə məhz kapitan imza atıb.
Qeyd edək ki, Şimali Makedoniya – Niderland matçı 0:3 hesabıyla başa çatıb.