7 may 2026. Cümə axşamı

Roberto Mançini əla iş görür - De Byazi


Roberto Mançini əla iş görür - De Byazi

"Müdafiə və əks hücumlar dəbdə deyil, Roberto Mançini bunu artıq başa düşüb".

Corner.az-ın məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya yığmasının Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib.

65 yaşlı mütəxəssis bildirib ki, İtaliya seçməsi aktiv futbol oynayır və tez-tez hücuma keçir: "Hazırda yalnız bu şəkildə qələbə qazanırıq. Mançini milliyə qalib gələn düşüncə tərzini aşılamaqla və gənclərə şans verməklə əla iş görür. Düşünürəm ki, bu inqilab daha əvvəl başladılıb. Nəticəni spekulyasiya etmək indi nəticə vermir. Bunu başa düşməyimiz digərlərindən bir az daha uzun çəkib".

Qeyd edək ki, İtaliya millisi A qrupunda 9 xal toplayıb və birinci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib. Komanda 1/8 finalda Avstriya ilə üz-üzə gələcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb