7 may 2026. Cümə axşamı

İngiltərə və Xorvatiya da 1/8 finalda!


İngiltərə və Xorvatiya da 1/8 finalda!

Futbol üzrə Avropa çempionatı davam edir.

Corner.az xəbər verir ki, bu gün qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutub.

D qrupunun son turunda Çexiya İngiltərə ilə üz-üzə gəlib. Hər iki komanda əvvəlki iki turda 4 xal qazanmışdı. Mümkün heç-heçə hər iki komandanı 1/8 finala vəsiqəni təmin edəcəkdi. Hansısa komandanın məğlub olması isə vəziyyəti çətinləşdirəcəkdi. İngilislər bu oyunda minimal hesabla qalib ayrılaraq qrup birincisi kimi növbəti mərhələyə yüksəlib.

Qrupun digər oyunu Xorvatiya və Şotlandiya yığmaları arasında baş tutub. Bu oyundan qalib ayrılacaq komanda da qrup ikincisi olaraq çıxma şansı olacaqdır. Lakin digər oyunda heç-heçə qeydə alınsa, bu görüşün qalibi ən yaxşı qrup üçüncüləri arasında yer alacaqdı. Xorvatlar bu oyundan inamlı qələbə qazanaraq məhz qrup ikinciliyini ələ keçiriblər. Çexiya isə üçüncü sıraya düşüb və ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finalda oynamaq şansı qazanıb.

AÇ-2020
D qrupu
22 iyun

Xorvatiya – Şotlandiya 3:1
Qol: N.Vlaşiç, 17. L.Modriç, 62. İ.Perişiç, 77 – K.Makqreqor, 42.
Baş hakim: Fernando Rapallini (Argentina).
Qlazqo. “Hampden Park” stadionu.

Çexiya – İngiltərə 0:1
Qol: R.Sterlinq, 12.
Baş hakim: Artur Dias (Portuqaliya).
London. “Uembli” stadionu.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb