5 dekabr 2025. Cümə

FIFA Barselonaya təzminat ödəyəcək


FIFA Barselonaya təzminat ödəyəcək

 FIFA "Barselona" klubuna 2,5 milyon avro məbləğində təzminat ödəyəcək.

Corner.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin futbolçusu Usman Dembelenin Fransa millisinin heyətində Avropa çempionatında zədələnməsidir.

Ali futbol qurumunun qaydalarına əsasən, beynəlxalq matçlar zamanı yığmada zədə alan və ən azı 28 gün müddətinə sıradan çıxan oyunçulara görə klublara kompensasiya ödənilir.

Qeyd edək ki, Macarıstana qarşı F qrupunun II tur matçında (1:1) dizindən zədələnən Usman Dembelenin əməliyyat olunacağı və 4 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb