5 dekabr 2025. Cümə

Ronaldo komandasının 1/8 finala yüksəlməsi üçün hər şey edəcək


Ronaldo komandasının 1/8 finala yüksəlməsi üçün hər şey edəcək

Fransa milli komandasının futbolçusu Uqo Lloris AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Portuqaliyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, 34 yaşlı qapıçı matçla bağlı bunları deyib:

“Hədəfimiz qələbə qazanmaqdır. Bu, 1/8 finaldan əvvəl özümüzə inamımızı daha da artıracaq.

Portuqaliya ilə oyun asan olmayacaq. Rəqib pley-off mərhələsinə vəsiqəni təmin etməyib. Qrupda bacardığımız qədər ən yüksək yeri tutmağa çalışacağıq.

Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun təqdimata ehtiyacı yoxdur. O, tarixin ən yaxşı futbolçularından biridir. Ronaldo komandasının 1/8 finala yüksəlməsi üçün hər şey edəcək”.

Bu gün keçiriləcək Portuqaliya – Fransa matçı saat 23:00-da start götürəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb