- Avropa çempionatı
- 11:12 05.11.2024
Futbol üzrə Avropa çempionatı davam edir.
Corner.az xəbər verir ki, bu gün qitə birinciliyində qrup mərhələsinə yekun vurulub.
Sonuncu gündə E və F qruplarında bütün suallara aydınlıq gəlib. Əvvəlcə E qrupu çərçivəsində Slovakiya – İspaniya və İsveç – Polşa oyunları keçirilib. İsveç yığması beş qolun qeydə alındığı polşalılarla dueldə çətin qələbə qazanaraq, qrup lider olaraq 1/8 finala yüksəlib. Digər oyunda isə İspaniya yığması 5 cavabsız qolla qalib gəlib. Nəticədə, ispanlar da qrup ikincisi kimi mərhələ adlayıblar.
Daha sonra F qrupunda Portuqaliya Fransayla, Almaniya isə Macarıstanla münasibətlərinə aydınlıq gətirib. Bu oyunların hər ikisində komandalar meydanı hərəyə 2 qol və 1 xalla ayrılıblar. Bu üzdən də Fransa qrup lideri, Almaniya isə ikinci yerlə 1/8 finala vəsiqəni təmin edib.
AÇ-2020
23 iyun
E qrupu
Slovakiya – İspaniya 0:5
Qol: M.Dubravka, 30-öz qapısına. A.Laporte, 45+3. P.Sarabiya, 56. F.Torres, 67. Y.Kuçka, 71-öz qapısına.
Matçın 12-ci dəqiqəsində A.Morata penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Byörn Kuypers (Niderland).
Sevilya. “La Kartuxa” stadionu.
İsveç – Polşa 3:2
Qol: E.Forsberq, 2; 59. V.Klaesson, 90+4 – R.Levandovski, 61; 84.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Sankt-Peterburq. Yeni Zenit stadionu.
F qrupu
Portuqaliya – Fransa 2:2
Qol: K.Ronaldo, 31-pen; 60-pen – K.Benzema, 45+2-pen; 48.
Baş hakim: Antonio Mateu Lahos (İspaniya).
Budapeşt. “Puşkaş Arena”.
Almaniya – Macarıstan 2:2
Qol: K.Haverts, 66. L.Qoretska, 84 – A.Salai, 11. A.Şafer, 68.
Baş hakim: Sergey Karasyov (Rusiya).
Münhen. “Alyans Arena”.