5 dekabr 2025. Cümə

Zelenski Ukrayna yığmasının AÇ-2020-nin 1/8 finalına çıxmasını şərh etdi


Zelenski Ukrayna yığmasının AÇ-2020-nin 1/8 finalına çıxmasını şərh etdi

Ukrayna prezidenti Volodimir Zelenski ölkə yığmasının futbol üzrə Avropa çempionatının pley-off mərhələsinə çıxmasını şərh edib.

Corner.az xəbər verir ki, bu barədə o, özünün "İnstaqram"dakı hesabında yazıb.

Dövlət başçısı bildirib ki, futbolun qisməti onlara bütün haqsızlıqlara görə borcu qaytarıb.

"Heç olmasa AVRO-2012-də İngiltərənin qapısına vurulan qolu xatırlamaq lazımdır, hansı ki, hesaba almadılar. Buna görə də, bu gün biz irəliyə şans payı olmadan deyil, dəqiq - layiqincə gedirik", - Zelenski sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Ukrayna yığması AVRO-2020-nin 1/8 finalına çxıb. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlayıb.

Qrup mərhələsində Ukrayna yığması Niderlanda (2:3), Şimali Makedoniyaya (2:1) və Avstriyaya (0:1) qarşı oynayıb. Andrey Şevçenkonun yetirmələri növbəti matçda İsveç seçməsinə qarşı oynamalıdırlar.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb