5 dekabr 2025. Cümə

Elxan Məmmədov: Azarkeşlər Bakıya rəng qatdılar


Elxan Məmmədov: Azarkeşlər Bakıya rəng qatdılar

"Türkiyənin Azərbaycandakı yerli azarkeşləri də daxil olmaqla, Uels, İsveçrədan olan fanatlar buradakı oyunlarda Bakıya xüsusi rəng qatdılar".

Corner.az-ın məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Einnews" nəşrinə açıqlamasında Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçirilmiş oyunları ilə bağlı danışarkən deyib.

O, Bakıda 1/4 final mərhələsində iştirak edəcək komandaları qarşılamağa hazır olduqlarını bildirib: "Bu mərhələdə komandaları qəbul etməkdən məmnunuq".

Assosiasiya rəsmisi uelsli fanatlar haqqında danışıb: "Ümid edirəm ki, onlar buradan məmnun qaldılar və Azərbaycanla yaxınlıq hiss etdilər. Bu komandanın iyulun 3-də Bakıda 1/4 final oyunun da iştirak etmək şansı var. 1/8 final mərhələsində qələbə qazansalar, yenidən onları qəbul etmək xoş olar".

Məmmədov AVRO-2020-dən əvvəl Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin keçirildiyini xatırladıb: "Azərbaycan vətəndaşları belə tədbirə ev sahibliyi etməkdən məmun oldu. Bu, ölkəmiz üçün əla reklamdır. Uels azarkeşləri Bakıya yalnız futbolu görmək üçün deyil, həm də paytaxtımızın mədəniyyətinə, tariximizə, şəhərimizin müasir və qədim memarlıq nümunələrinə şahid olmaq üçün gəliblər. Uels və İngiltərədən gələn azarkeşlərə son dərəcə populyar olan pablardan bəhs etmirik. Bakı gələcəkdə Qaret Beyl, Robert Peyc və uelslilər üçün yaddaşlarda Xəzər dənizi sahilindəki ikinci ev kimi qala bilər”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu (BOS) A qrupunun 3 oyununa ev sahibliyi edib. BOS-da həmçinin 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb