5 may 2026. Çərşənbə axşamı

Ronaldo cənubi azərbaycanlı futbolçuya təşəkkür etdi


Ronaldo cənubi azərbaycanlı futbolçuya təşəkkür etdi

Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo cənubi azərbaycanlı keçmiş hücumçu Əli Daeiyə təşəkkür edib.

Corner.az-ın məlumatına görə, 36 yaşlı forvard İran yığmasının sabiq futbolçusunun onun haqqında yazdıqlarına münasibət bildirib.

Ronaldo bu barədə instaqram hesabındakı paylaşımında yazıb: "Həqiqi çempionlar daim çempion kimi qalır. Sizin kimi nəhəng birindən bu sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei".

Qeyd edək ki, Kriştiano Ronaldo F qrupunun sonuncu görüşündə Fransa ilə 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada dubla imza atıb. Bununla da, o, Əli Daeinin milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna şərik çıxıb. Cənubi azərbaycanlı keçmiş oyunçu bu münasibətlə Ronalduno təbrik edib.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb