- Avropa çempionatı
- 11:12 05.11.2024
Fransa milli komandasının futbolçusu Pol Poqba AÇ-2020-nin 1/8 final mərhələsində İsveçrəyə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Corner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, matçla bağlı bunları deyib:
“Çox çətin qrupdan çıxdıq. Xoşbəxtik, lider olduq. Heç bir oyun asan olmur. İndi addım-addım çempionluğa qədər getmək istəyirik.
Bundan sonra işimiz daha çətin olacaq. Oyunumuzu inkişaf etdirməliyik. İsveçrə ilə matçda ən yaxşı oyunumuzu göstərməliyik”.
Fransa – İsveçrə matçı iyunun 28-də keçiriləcək.