9 avqust 2026. Bazar günü

AÇ-2020: Daha çox şeyə layiq olduğumuzu düşünürəm


AÇ-2020: Daha çox şeyə layiq olduğumuzu düşünürəm

Polşa milli komandasının baş məşqçisi Paulo Souza AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda İsveçə məğlub olduqları oyundan (2:3) sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 50 yaşlı mütəxəssis, turnirlə vidalaşmaları ilə bağlı da danışıb:

“Daha çox şeyə layiq olduğumuzu düşünürəm. Sadə qollar buraxdıq və bu, təkcə müdafiənin problemi deyil. Daha diqqətli olmalı idik. İlk hücumun qolla nəticələnməsinə imkan verməməliydik. İsveç millisinin qapıçısının yaxşı qurtarışları oldu.

Gələcəkdə daha çox şey qazanacağımıza əminəm. Təbii ki, 1/8 finala yüksələ bilmədiyimiz üçün məyusuq. Çox çalışdıq, çox qol imkanları yaratdıq. Anlaşılmazlıqların nəticəsində qollar buraxdıq. Bu, daha çox xəyal qırıqlığı yaratdı”.

Polşa yığması AÇ-2020-nin E qrupunu sonuncu bitirib və turnirlə vidalaşıb.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat