- Avropa çempionatı
- 16:00 13.04.2026
İspaniya milli komandasının hücumçusu Alvaro Morata təhdid olunub.
Corner.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu “Marca” nəşrinə açıqlamasında deyib. "Yuventus"da çıxış edən forvard, AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunun Polşa ilə matçından sonra təhdid mesajları aldığını deyib:
“Polşa ilə oyundan sonra yatmadım. Ailəm təhqir olundu, uşaqlarımın öləcəyi ilə bağlı mesajlar aldım. Ancaq indi yaxşıyam. Bir neçə il əvvəl də belə olmuş, depressiyaya düşmüşdüm. Həftələrlə özümə qapanmışdım”.
Morata 1:1 hesabıyla bitən İspaniya – Polşa matçında komandasının yeganə qolunu vurmuşdu. Hücumçu qol epizodlarından yararlana bilmədiyi üçün azarkeşlər tərəfindən kəskin tənqid olunur.