- Avropa çempionatı
- 16:00 13.04.2026
“Real” klubunun prezidenti Florentino Peres fransalı mütəxəssis Zinəddin Zidanla bağlı açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 74 yaşlı funksioner, Zidanın Fransa yığmasına rəhbərlik etmək istədiyini deyib:
“Zidan Fransa millisinə rəhbərlik etmək istəyir. Əminəm ki, o, böyük uğurlar qazanacaq. “Real”a qayıtmaq istəsə, sevinərəm. Bura onun ikinci vətənidir”.
Zidan ötən mövsümdə “Real”ı çalışdırıb. Fransalı mütəxəssis hazırda işsizdir.