- Avropa çempionatı
- 15:35 16.11.2025
Avropa çempionatının qrup mərhələsində ən yaxşı driblinq edən futbolçular bəlli olub.
Corner.az "SofaScore" nəşrinə istinadən xəbər verir ki, Xorvatiya yığmasının yarımmüdafiəçisi Nikola Vlaşiç və İtaliya millisinin oyunçusu Jorjinyonun bütün cəhdləri uğurlu alınıb.
Vlaşiç daha çox - 6 dəfə driblinq etdiyi üçün birinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü 88,9 faizlə belçikalı Kevin De Brüyne qapayıb.
Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq.
