5 dekabr 2025. Cümə

AÇ-2020: Almaniya millisi məşqə çıxa bilmədi


AÇ-2020: Almaniya millisi məşqə çıxa bilmədi

Almaniya millisi İngiltərə ilə qarşılaşacağı Avropa çempionatının 1/8 final mərhələsinin oyunundan əvvəl "Uembli" stadionunda məşqə çıxa bilməyib.

Corner.az-ın məlumatına görə, bu barədə Almaniya Futbol İttifaqının sözçüsü Yens Grittner "Sky Germany" nəşrinə açıqlamasında bildirib.

Grittnerin sözlərinə görə yığmanın baş məşqçisi Yoahim Löv matçın oynanılacağı arenada məşq keçirməyi planlaşdırıb, lakin UEFA nümayəndəsi meydanı yükləməmək üçün hazırlığı ləğv edib: "Orada məşq keçirmək istəyirdik. Bunu edə bilmədiyimiz üçün üzülürük. Çünki bizi turnirin vacib oyunu gözləyir".

Qeyd edək ki, bu gün "Uembli" stadionunda İtaliya və Avstriya komandaları arasında 1/8 final matçı olacaq. İngiltərə - Almaniya görüşü isə iyunun 29-da eyni arenada gerçəkləşəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb