- Avropa çempionatı
- 15:35 16.11.2025
Belçika milli komandasının hücumçusu Romelu Lukaku açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, özünü “Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilə müqayisə edib:
“Ronaldo məndən çox qol vurdu, ancaq “İnter” skudettonu qazandı. Çempion olmaq mənim üçün vacib idi, hədəfim bu idi. Ronaldonun topla irəliləməsi və zərbə vurmasını bir az qısqanıram. Yəqin ki, Ronaldo da mənim gücümü və dəqiqliyimi qısqanır”.