7 may 2026. Cümə axşamı

Belçika millisi Ronaldo'ya qarşı yox, Portuqaliyaya qarşı oynayacaq


Belçika millisi Ronaldo'ya qarşı yox, Portuqaliyaya qarşı oynayacaq

Belçika millisinin futbolçusu Yan Vertongen AÇ-2020-nin 1/8 final mərhələsində Portuqaliyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo haqda da danışıb:

“Portuqaliyalı azarkeşlər çox emosionaldır. Xoşbəxtlikdən oyun bazar günüdür. Uşaqlarım Portuqaliyada təhsil alır. Ancaq bu gün onlar “qırmızı şeytanlar”ın formasını geyinəcəklər.

Portuqaliyalıların 99 faizi Ronaldonun millidəki formasını geyinir. Ona çox hörmət edirəm. Belçika millisi Ronaldoya qarşı yox, Portuqaliyaya qarşı oynayacaq. Onların da yaxşı futbolçuları var, bizim də.

Romelu Lukaku? Onu 16 yaşından tanıyıram. O, bənzərsiz bir yol keçib. Hazırda dünyanın ən yaxşı hücumçularındandır. Onun çalışqanlığı göz qabağındadır. O, hamı üçün nümunə olmalıdır”.

Bu gün keçiriləcək Belçika – Portuqaliya matçı saat 23:00-da başlayacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb