21 mart 2026. Şənbə

AÇ-2020: Oyunun çətin olacağını bilirdik, ancaq bu dərəcədə gözləmirdik – Mançini


AÇ-2020: Oyunun çətin olacağını bilirdik, ancaq bu dərəcədə gözləmirdik – Mançini

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin 1/8 final mərhələsində Avstriyanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 56 yaşlı mütəxəssis, 2:1 hesabıyla qələbə qazanaraq, 1/4 finala yüksəldikləri matçı belə şərh edib:

“Qolları daha tez vurmalıydıq. Əlavə vaxt çox yorğunluq yaratdı. Düşünürəm ki, Avstriya ilə oyun 1/4 finaldan daha çətin oldu.

Sonradan oyuna girən futbolçular yaxşı çıxış etdi. Oyunun çətin olacağını bilirdik, ancaq bu dərəcədə gözləmirdik. İndi üç gün sonra yenidən “Uembli”yə qayıdacağıq”.

İtaliya yığması AÇ-2020-nin 1/4 finalında Belçika – Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb