15 may 2026. Cümə

İtaliya özünə məxsus rekordu yenilədi


İtaliya özünə məxsus rekordu yenilədi
Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Avstriya ilə oyun İtaliya yığması üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, “Skuadra Adzurra” milli komanda matçlarında quru seriyasının davamlılığı üzrə dünya rekordu qırıb.
 
Belə ki, İtaliya yığması qapısını bu dəfə 1168 dəqiqə toxunulmaz saxlayıb. Əvvəlki rekordu da elə bu komanda əfsanəvi qolkiper Dino Zoff ilə müəyyənləşdirib. Zoff 1972 - 1974-cü illərdə 1143 dəqiqə top buraxmayıb. İtaliya yığmasını bu dəfə matçın əlavə vaxtında, 114-cü dəqiqədə fərqlənən avstriyalı futbolçu Saşa Kaladziç dayandırdı.
 
Qeyd edək ki, İtaliya AÇ-2020-nin 1/8 finalında Avstriyaya əlavə vaxtda qalib gəlib – 2:1.
 
Roberto Mançininin çalışdırdığı İtaliya yığması məğlubiyyətsiz oyunlar seriyasını da 31 matça çıxarıb. Bununla italyanlar öz rekordlarını təkrarlayıblar. AÇ-2020-də daha bir oyunda uduzmayacağı təqdirdə, İtaliya millisi yeni rekorduna imza atacaq.
 
Lakin milli komandalar arasında ən uzun məğlubiyyətsiz oyunlar seriyası Braziliya və İspaniya yığmalarına məxsusdur. Bu komandaların hər ikisi ardıcıl 35 oyunda rəqiblərinə uduzmayıb. Braziliyalılar buna 1993-1996-cı, ispanlar isə 2007-2009-cu illər aralığında nail olublar.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb