15 may 2026. Cümə

Bizdən başqa, 6-7 komanda çempion ola biləcəyini düşünür


Bizdən başqa, 6-7 komanda çempion ola biləcəyini düşünür

Niderland millisinin baş məşqçisi Frank de Bur AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində Çexiya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, turniri qazanmaq üçün bütün keyfiyyətlərə sahib olduqlarını deyib:

“Yarımfinala çıxa bilsək, performansımızı yaxşı adlandırmaq olar. Qələbə qazanmaq istəyirik. Bundan sonra turnir bizim üçün daha yaxşı keçəcək.

Bizdən başqa, 6-7 komanda çempion ola biləcəyini düşünür. Çempion olmaq üçün lazım olan keyfiyyətlərə sahibik. Lakin bunun üçün işlərimiz də yolunda getməlidir.

1/8 finala hazırlaşmaq üçün bir həftə vaxtımız var idi. Növbəti tura yüksəlsək, beş günümüz olacaq. Bu, mükəmməldir. Çexiya millisini yüksək qiymətləndiririk. Qələbə qazanmaq üçün çox çalışmalı olacağıq”.

Bu gün keçiriləcək Niderland – Çexiya matçı saat 20:00-da başlayacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb