5 may 2026. Çərşənbə axşamı

AÇ-2020: Slavia'nın futbolçusu matçın ən yaxşısı seçildi


AÇ-2020: Slavia'nın futbolçusu matçın ən yaxşısı seçildi

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Niderland – Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Corner.az xəbər verir ki, Çexiya yığmasının və Slavia Praqan'ın sağ cinah müdafiəçisi Tomaş Holeş bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. O, həm qarşılaşmada hesabı açıb, həm də ikinci qol zamanı məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Niderland – Çexiya matçı 0:2 hesabıyla başa çatıb. Nəticədə çexlər 1/4 finala vəsiqə qazanıblar və Bakıda Danimarka yığmasıyla qarşılaşacaqlar.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb