5 may 2026. Çərşənbə axşamı

Ronaldo yenə kapitan sarğısını yerə atıb


Ronaldo yenə kapitan sarğısını yerə atıb

Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo AVRO-2020-nin 1/8 finalında Belçikaya 0:1 hesabı ilə uduzduqları görüşdən sonra kapitan sarğısını qazona atıb.

Corner.az xəbər verir ki, 36 yaşlı forvardın yığmanın heyətində qol sayı üzrə dünya rekorduna imza atması üçün bir qolu çatmayıb. Ronaldo milli komanda forması ilə indiyədək 109 qol vurub.

Qeyd edək ki, 1/8 final matçında yeganə qolu uzaqdan zərbə ilə Torqan Azar vurub.

Kriştiano Ronaldo daha əvvəl Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə tullayıb.

Martda keçirilmiş qarşılaşmada 36 yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb.(report)








Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb