5 dekabr 2025. Cümə

Paltar dəyişmə otağında ağlayan futbolçular var idi


Paltar dəyişmə otağında ağlayan futbolçular var idi

Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santos AÇ-2020-nin 1/8 final mərhələsində Belçikaya uduzduqları oyunu şərh edib.

Corner.az xəbər verir ki, 66 yaşlı mütəxəssis, 0:1 hesabıyla bitən matçı belə şərh edib:

“Paltardəyişmə otağında ağlayan futbolçular var idi. Hamımız xəyal qırıqlığı yaşayırıq. Belçika qapıya 6 zərbə endirdi, biri qol oldu. Biz 29 zərbə vurduq, ikisi dirəyə dəydi. Futbolda ədalətsizlik və ya ədalət yoxdur, qol vurmaq və vurmamaq var.

Deyəcək sözüm yoxdur. Bu turniri qazana bilərdik. Bacarıqlarımıza güvənirdik. Bir az yorğun olsaq da, özümüzü bərpa edəcək gücümüz var idi. Çox məyusuq”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb