5 dekabr 2025. Cümə

AÇ-2020: Rəqibimiz güclü idi, lakin ...


AÇ-2020: Rəqibimiz güclü idi, lakin ...

Niderland milli komandasının baş məşqçisi Frank de Bur AÇ-2020-nin 1/8 final mərhələsində Çexiyaya qarşı keçirdikləri oyunu şərh edib.

 Corner.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, 0:2 hesabıyla uduzduqları görüş haqda bunları deyib:

“Rəqibimiz güclü idi, lakin “qırmızı”ya qədər yaxşı oynadığımızı düşünürəm. Oyuna nəzarət bizdə idi. İlk hissədə yaxşı qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik.

Belə oyunların bir və ya iki qırılma anı olur. Onlardan biri Donyell Malenin qaçırdığı qol epizodu idi. Digəri də aldığımız “qırmızı”. Belə bir komandaya qarşı ola biləcək ən pis ssenarini yaşadıq”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb