5 dekabr 2025. Cümə

AÇ-2020: Futbolda belə şeylər olur - De Yonq


AÇ-2020: Futbolda belə şeylər olur - De Yonq

Niderland milli komandasının futbolçusu Frenki de Yonq AÇ-2020-nin 1/8 final mərhələsində Çexiyaya uduzduqları oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi, 0:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Səbəbini bilmirəm, amma çox yorğun idik. Həqiqətən, qazanmaq istəyirdik. Aramızdakı bəzi oyunçular üçün bəlkə də, karyeralarının ən önəmli oyunu idi.

Yaxşı hazırlaşmışdıq, bütün diqqətimiz oyunda idi. Rəqibimizi yüksək qiymətləndirirdik. Ancaq bəzi şeylər istədiyimiz kimi olmadı. Futbolda belə şeylər olur”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb