- Avropa çempionatı
- 15:35 16.11.2025
İspaniya millisinin futbolçusu Pedrinin Xorvatiyaya qarşı AVRO-2020-nin 1/8 final mərhələsinin oyununda öz qapısına vurduğu qol 2 antirekordla tarixə düşüb.
Corner.az-ın məlumatına görə, bu, cari turnirdə 9-cu avtoqol olub. Bu göstərici indiyədək keçirilmiş bütün Avropa çempionatlarındakı avtoqol sayına bərabərdir.
Digər tərəfdən, bu, ispaniyalıların qitə turnirlərində öz qapılarından keçirdiyi ilk top kimi yadda qalıb.
Qeyd edək ki, hazırda Xorvatiya - İspaniya matçında ispanlar 3-5 hesabı ilə qalib gəlib.