- Avropa çempionatı
- 15:35 16.11.2025
Futbol üzrə Avropa çempionatı davam edir.
Corner.az xəbər verir ki, bu gün AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində daha iki oyun baş tutub.
Əvvəlcə Kopenhagendəki “Parken” stadionunda Xorvatiya və İspaniya yığmaları üz-üzə gəlib. Bu qarşılaşmanın əsas vaxtında qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Bu səbəbdən əlavə vaxta ehtiyac duyulub. Son yarım saatda daha iki qol vuran ispanlar inamlı qələbə qazanaraq 1/4 finala yüksəliblər.
Günün digər matçı Buxarestdə, Fransa və İsveçrə milli komandaları arasında baş tutub. Bu oyunda hesabı isveçrəlilər açıblar. Fasilədən sonra bu komanda penalti də qazansada, Rikardo Rodriqesin zərbəsini rəqib qapıçı dəf etməyi bacarıb. Məhz bu epizodun ardından fransızlar ardıcıl üç qol vurublar. Amma İsveçrə yığması sonadək mübarizə apararaq hesabı bərabərləşdirməyə nail olub. Əlavə vaxtda isə hesab dəyişməyib. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İsveçrə yığması sürpriz edərək 1/4 finala vəsiqə qazanıb.
Xatırladaq ki, daha öncə İtaliya, Danimarka, Çexiya və Belçika yığmaları 1/4 finala vəsiqəni təmin edib.
AÇ-2020
1/8 final
28 iyun
Xorvatiya – İspaniya 3:5
Qol: Pedri, 20-öz qapısına. M.Orşiç, 85. M.Paşaliç, 90+2 – P.Sarabiya, 38. S.Aspilikueta, 57. F.Torres, 77. A.Morata, 100. M.Oyarzabal, 103.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Kopenhagen. “Parken” stadionu.
Fransa – İsveçrə 3:3 (penaltilər 4:5)
Qol: K.Benzema, 57; 59. P.Poqba, 75 – H.Seferoviç, 15; 81. M.Qavranoviç, 90.
Matçın 55-ci dəqiqəsində R.Rodriqes penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Buxarest. Milli stadion.