5 dekabr 2025. Cümə

Məsuliyyət mənimdir - Deşam


Məsuliyyət mənimdir - Deşam

Fransa milli komandasının baş məşqçisi Didye Deşam AÇ-2020-nin 1/8 finalında İsveçrəyə uduzduqları oyundan (3:3, penaltilər 4:5) sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 52 yaşlı mütəxəssis, turnirlə vidalaşmalarını belə şərh edib:

“Məsələ mənim gələcəyim deyil. Bu heyətdə birlik və bərabərlik var. İşlər pis gedirsə, məsuliyyət məndədir. Bu nəticəni unutmaq üçün zamana ehtiyacımız olacaq.

Hamımızın necə məyus olduğunu təxmin edə bilərsiz. Sona qədər mübarizə apardıq. Penaltilər seriyası hər zaman amansız olur. Heç kim Kilian Mbappeyə əsəbiləşə bilməz”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb