5 dekabr 2025. Cümə

İsveçrə millisi 67 il sonra bunu bacardı


İsveçrə millisi 67 il sonra bunu bacardı

Futbol üzrə İsveçrə yığması 67 illik həsrətə son qoyub.

Corner.az xəbər verir ki, sözügedən komanda buna AÇ-2020-nin 1/8 finalında Fransa yığmasına qalib gələrək nail olub.

İsveçrə yığması indiyədək böyük turnirlərdə ən güclü 8 komanda arasında yer ala bilmirdi. Bu komanda sonuncu dəfə DÇ-1954-ün 1/4 finalında mübarizə aparmaq hüququ qazanmışdı.

Qeyd edək ki, Fransa – İsveçrə matçının əsas və əlavə vaxtı 3:3 hesabıyla başa çatıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 5:4 hesabıyla qalib gələn isveçrəlilər böyük sürprizə imza ataraq fransızları mübarizədən kənarlaşdırıblar.

İsveçrə yığması AÇ-2020-nin 1/4 finalında İspaniya ilə qarşılaşacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb