5 dekabr 2025. Cümə

Poqba Fransanın tarixinə düşdü


Poqba Fransanın tarixinə düşdü

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan İsveçrə ilə oyun Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, bu oyunda komandasının vurduğu qollardan birinin müəllifi  28 yaşlı futbolçu olub.

Nəticədə Poqba Fransa yığmasının tarixinə düşüb. Yarımmüdafiəçi bu komandanın heyətində ardıcıl dörd böyük turnirdə qol vurmağı bacaran ilk futbolçu ünvanına sahib çıxıb.

Poqba daha öncə DÇ-2014, AÇ-2016 və DÇ-2018-də də qol vurmağa nail olmuşdu.

Qeyd edək ki, Poqbanın vurduğu möhtəşəm qola və imza atdığı tarixi göstəriciyə baxmayaraq, Fransa millisi mübarizəni dayandırıb. Əsas və əlavə vaxtı 3:3 hesabıyla bitən Fransa – İsveçrə matçında qalib penaltilər seriyasında müəyyənləşib. 4:5 hesabıyla uduzan fransızlar AÇ-2020-ni erkən tərk ediblər.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb