21 mart 2026. Şənbə

İngiltərə və Ukrayna 1/4 finalda!


İngiltərə və Ukrayna 1/4 finalda!

 AÇ-2020-nin 1/8 final mərhələsina yekun vurulub.

Corner.az xəbər verir ki, mərhələnin sonuncu oyun günündə daha iki görüş baş tutub.

Əvvəlcə Londondakı “Uembli” stadionunda meydan sahibi İngiltərə yığması Almaniya ilə qarşılaşıb. İngilislər inamlı qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Günün digər qarşılaşması isə Qlazqodakı “Hempden Park” stadionunda keçirilib. Burada İsveç və Ukrayna yığmaları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Bu səbəbdən də əlavə vaxt təyin olunub. Əlavə vaxtın ilk yarısında İsveç yığması azlıqda qalıb. Ukraynalılar bu şansdan ikinci 15 dəqiqənin sonlarında yararlana biliblər və çətin qələbə ilə növbəti mərhələyə yüksəliblər.

AÇ-2020
1/8 final
29 iyun

İngiltərə – Almaniya 2:0
Qol: R.Sterlinq, 75. H.Keyn, 86.
Baş hakim: Danni Makkeli (Niderland).
London. “Uembli” stadionu.

İsveç – Ukrayna 1:2
Qol: E.Forsberq, 43 – A.Zinçenko, 27. A.Dovbik, 120+1.
Qırmızı vərəqə: M.Danielson, 99.
Baş hakim: Daniele Orsato (İtaliya).
Qlazqo. “Hempden Park” stadionu.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb