29 noyabr 2024. Cümə

AÇ-2020: 1/4 final cütlükləri bilindi


AÇ-2020: 1/4 final cütlükləri bilindi
Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.

Corner.az xəbər verir ki, Belçika, İtaliya, Danimarka, Çexiya, İspaniya və İsveçrənin ardından bu gün İngiltərə və Ukrayna yığmaları da 1/4 finala vəsiqə qazanıb.
 
Beləliklə, növbəti mərhələdə İsveçrə İspaniyaya, Belçika İtaliyaya, Çexiya Danimarkaya, Ukrayna isə İngiltərəyə rəqib olub. 1/4 finala iyulun 2-də start veriləcək. İlk oyun günündə İsveçrə – İspaniya və Belçika – İtaliya görüşləri keçiriləcək. Digər iki oyun isə iyulun 3-də keçiriləcək. Həmin oyunlardan birincisi Azərbaycanda keçiriləcək. Belə ki, Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları qarşılaşacaq. Sonuncu yarımfinalçının adına isə Ukrayna - İngiltərə matçında aydınlıq gələcək.
 
Qeyd edək ki, Avropa çempionatında yarımfinal oyunları 6-7 iyulda, final matçı isə 11 iyulda keçiriləcək.
 
AÇ-2020
1/4 final
 
2 iyul
 
20:00. İsveçrə – İspaniya
Sankt-Peterburq. Yeni Zenit stadionu.
 
23:00. Belçika – İtaliya
Münhen. “Alyans Arena”.
 
3 iyul
 
20:00. Çexiya – Danimarka
Bakı. Olimpiya stadionu.
 
23:00. Ukrayna – İngiltərə
Roma. Olimpiko stadionu.






Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb