15 may 2026. Cümə

Mançester Siti'nin futbolçusu ən yaxşı seçildi


Mançester Siti'nin futbolçusu ən yaxşı seçildi
AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş İsveç - Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Corner.az xəbər verir ki, bu "Mançester Siti"də çıxış edən yarımmüdafiəçi Aleksandr Zinçenko bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. Belə ki, Ukrayna yığmasının ilk qoluna imza atan Zinçenko, qələbə qolunda da məhsuldar ötürmə müəllifinə çevrilib.
 
Qeyd edək ki, İsveç - Ukrayna matçı 1:2 hesabıyla başa çatıb. Nəticədə ukraynalılar 1/4 finala vəsiqə qazanıblar.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb