5 may 2026. Çərşənbə axşamı

Ukrayna yığmasından tarixi qələbə


Ukrayna yığmasından tarixi qələbə

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.

Corner.az-ın məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurduğu qola 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq cavab verib.

Əlavə vaxtda skandinaviyalılar azlıqda qalıb. 99-cu dəqiqədə Markus Danielson ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. 

Beləliklə, Ukrayna millisi Avropa çempionatında tarixi nailiyyətə imza ataraq, 1/4 finala yüksələn sonuncu komanda olub. Bu komanda isə İngiltərə ilə qarşılaşacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb